"Qəbələ"nin rəqibi 1/8 finalda

Belçika kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqibi olan “Anderlext” bu mərhələdə evdə 2-ci liqa klubu “Leuven”lə üz-üzə gəlib.

Brüssel təmsilçisi aşağı liqa klubunu Harbauinin 52-ci dəqiqədə vurduğu qolla məğlub edib. “Bənövşəyi-ağlar” 67-ci dəqiqədə Dendonkerin qırmızı vərəqə almasıyla azlıqda qalsa da, qələbə hesabını oyunun sonunadək qoruyub saxlaya bilib.

Beləliklə, “Anderlext” çətinliklə də olsa, 1/8 finala vəsiqə qazanmağı bacarıb.

 

"Anderlext" - "Leuven" - 1:0

Qol: Hamdi Harbaoui, 52 (1:0)

"Anderlext" 1/8 finalda “Şarlerua” ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right