İspnaiya çempionatının 5-ci turunda “Atletiko” ilə keçirilən qarşılaşmada (1:1) xal itirən “Barselona” əsas liderindən də məhrum olub.
Newsport.az-ın məlumatına görə, Lionel Messi zədələnib. O, qasıq nayihəsindən zədə alıb. Messi oyunun 56-cı dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalıb.
Onu Arda Turan əvəzləyib. Argentinalının meydanı tərk etməsindən iki dəqiqə sonra “Atletiko” hesabı bərabərləşdirib.
Messinin zədəsinin ən azı 3 həftəyə sağalacağı barərə məlumat yayılıb. O, İspaniya çempionatının “Sportinq” və “Selta”, Çempionlar Liqasının Münhenqladbax Borussiyası ilə oyunlarını buraxacaq.