"Barselona" - "Atletiko" matçında qalib müəyyənləşmədi

İspaniya La Liqasında 5-ci turun görüşləri keçirilir.

Newsport.az-ın məlumatına görə, turun mərkəzi matçında "Barselona" "Atletiko" Madridi qəbul edib. Görüşdə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətlənib.

Bu nəticədən sonra "Barselona" 10 xalla 3-cü, "Atletiko" isə 9 xalla 4-cü pillədə qərarlaşıb. Lider isə aktivində 13 xalı olan "Real" Madriddir.

 

"Barselona" 1 - 1 "Atletiko" Madrid

Qollar: İvan Rakitiç, 41 - Anxel Korrea, 61

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right