Ronaldinyo 3-cü divizion klubu ilə müqavilə imzaladı

"Barselona"nın və Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyo Meksika klubunun heyətində meydana çıxacaq.

Newsport.az-ın məlumatına görə, Ronaldinyo Meksikanın 3-cü divizionunda çıxış edən "Sinko Estrelyas Deportivo" klubu ilə anlaşıb. Ancaq anlaşma cəmi bir oyunluq nəzərdə tutulub.

Məşhur futbolçu bu komandanın heyətində yoldaşlıq görüşündə meydana çıxacaq. Qarşılaşma dekabrın 3-də keçiriləcək.

Xatırladaq ki, bir müddət əvvəl Ronaldinyo bildirmişdi ki, karyerasını bitirmək niyyətində deyil və bir il də futbol oynamaq istəyir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right