İspaniya Sequndasında 6-cı tura start verilib.
Newsport.az-ın məlumatına görə, millimizin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Kadis” evdə “Numansiya” ilə qarşılaşıb.
İsrafilovun start heyətində meydana çıxdığı, fasilədə əvəzləndiyi oyun 1:0 hesabıyla “Kadis”in qələbəsiylə nəticələnib. İsrafilov oyunun 41-ci dəqiqəsində sarı vərəqə alıb. Oyunda yeganə qolu matçın 94-cü dəqiqəsində, İsrafilovun əvəzinə meydana daxil olmuş Qarrido vurub.
Hazırda hesabında 8 xal olan “Kadis” 7-ci pillədə qərarlaşıb.