İspaniya La Liqasında baş məşqçi istefası reallaşıb.
Newsport.az-ın məlumatına görə, "Valensiya" arıdıcıl uğursuz oyunların ardından baş məşqçisi Pako Ayestaranla yollarını ayırıb.
Bu barədə məlumatı "yarasalar"ın rəsmi saytı yayıb. Məlumata görə, 53 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Artıq Valensiya təmsilçisini çalışdıracaq baş məşqçinin adı da bəllidi. Komanda müvəqətti olaraq Voro Qonzalezə tapşırılıb. O, yeni baş məşqçi tapılana qədər "Valensiya"nı çalışdıracaq.
Qeyd edək ki, Ayestaran ötən mövsümün sonunda komandaya gəlmişdi. "Valensiya" bu mövsüm onun rəhbərliyi altında çıxdığı 4 oyunun heç birində qalib gələ bilməmişdi.