Millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor"un baş məşqçisi Ərsun Yanal səhhəti ilə bağlı yayılan xəbərlərə sərt reaksiya verib.
Newsport.az-ın məlumatına görə , təcrübəli çalışdırıcı onun haqqında çıxan xəbərlərə münasibət bildirib. Mövsümün əvvəslində Qara Dəniz təmsilçisinin baş məşqçisi postuna gətirilən 55 yaşlı mütəxəssis işini davam etdirdiyini deyib:
"Səhər saat 6-da oyanıram. Gün ərzində 15 kilometr gəzirəm. Gələcək planlarıma təsir edəcək səhhətimlə bağlı hər hansı problemim yoxdur".
Ötən mövsüm ürəyindən əməliyyat olunan Yanal, onun haqda həqiqəti əks etdirməyən açıqlamalar verən həkim Özgen Doğanı məhkəməyə verəcəyini bildirib.