Yay transfer dönəmində "Barselona”dan "Mançester Siti”yə transfer olunan Klaudio Bravo "Cadena SER”ə açıqlama verib.
Newsport.az-ın məlumatına görə, o, "Barselona”dan ayrılmasının səbəblərini açıqlayıb:
"Mən bu mövsüm "Barselona”da ilk seçim deyildim. Baş məşqçi Luis Enrikenin ilk seçimi Ter Ştegen idi. Düzdü, klub mənə yeni müqavilə təklif etmişdi, amma onların planlarını görürdüm. Bundan əlavə, klubdakı mövqeyimi də hiss edirdim”.
Bravo komandaya küsülü olmadığını vurğulayıb: "Ehtiyat oyunçular skamiyasında oturmaq istəmədi. Bu, mənim işim deyil. Onlar da məni başa düşdülər və qərarıma hörmətlə yanaşdılar. "Barselona” özümü başa düşdüyüm, ən yaxşı günlərimi keçirdiyim və bundan sonra da dəstəkləyəcəyim klubdur”.
Bravo Ter Ştegenlə ciddi problemləri olduğu ilə bağlı yayılan xəbərlər haqqında danışıb: "Son zamanlar yayılan xəbərlərdən uzaqam. Ter Ştegenlə problemim olmayıb və yayılan xəbərlər yalnız şaiyədi. Mənim heç kimlə problemim yox idi. Əksinə, rəqabəti sevirdim”.