Futbol üzrə Yunanıstan çempionatında 4-cü turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan PAOK da növbəti matçını keçirib.
Sözügedən klub səfərdə "Asteras"la qarşılaşıb. Oyun PAOK-un 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Qarabağ"ın rəqibi 6 xalla 6-cı pillədə qərarlaşıb.