Dadaşovun komandası yenə 1 xalla kifayətləndi

Almaniyanın Şimal-Şərq Regional Liqasında 7-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun klubu - "Moyzelvits" də növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda "Lukkenvalde" ilə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Start heyətdə meydana çıxan Dadaşov bu dəfə 65-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 7 turdan sonra "Moyzelvits" cəmi 3 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right