Portuqaliya Premyer Lİqasında 5-ci turun oyunları davam edir.
Newsport.az-ın məlumatına görə, milli komandamızın üzvləri Kamran Ağayevlə Emin Mahmudovun çıxış etdiyi "Boavişta" da növbəti matçına çıxıb. Həmyerlilərimizin komandası doğma meydanda "Feirense"ni qəbul edib. Görüş qonaqların 2 - 1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu qarşılaşmada Kamranla Eminin adın iştirak ərizəsində daxil edilməyib.