Bundesliqa klubu baş məşqçisini qovdu

Almaniyanın Bundesliqa klublarından “Verder” baş məşqçisi Viktor Skripniklə yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, buna səbəb komandanın uğursuz çıxışı olub. Skripniklə yanaşı, köməkçiləri Florian Kofeldt və Torsten Frinqs də işindən azad edilib.

Artıq “Verder”in yeni baş məşqçisinin adı da açıqlanıb. "Musiqiçilər"i müvəqqəti olaraq Aleksander Nouri çalışdıracaq.

Skripnik 2014-cü ildən “Verder”in “sükanı arxasında” idi.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right