Milli komandamızın üzvləri Kamran Ağayevlə Emin Mahmudovun komandası "Boavişta"nın baş məşqçisi Ervin Sançes "Feyrensi"lə oyundan əvvəl mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Newsport.az-ın məlumatına görə, boliviyalı çalışdıırcı komandaya yeni transfer olunan Kamran Ağayevlə bağlı danışıb:
"Yeni qapıçimiz Ağayevin beynəlxalq transfer vərəqəsi gəlib. Ancaq qapı xətti bir qədər spesefik mövqedir və qolkiperin komandaya adaptasiya olması çox vaxt apara bilər. O, müdafiəçilərlə daim ünsiyyətdə olmalıdır, onlar bir-birlərini tamamlamalıdırlar".
Qeyd edək ki, "Boavişta" - "Feyrensi" matçı bu gün Bakı vaxtı ilə 19:00-da start götürəcək.