Millimizin üzvü izlədi, komandası darmadağın oldu

Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 7-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycanlı futbolçu Ziya Əzizovun çıxış etdiyi "Den Boş" da növbəti matçına çıxıb. Sözügedən klub səfərdə "Almere Siti" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 1 - 4 hesablı məğlubiyyətlə ayrılıb.

Millimizin üzvü bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, "Den Boş" 7 turdan sonra 7 xalla 20 komanda arasında 16-cıdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right