Madridin "Real" klubu İspaniya La Liqasının IV turunda "Espanyol"la matça ciddi itkilərlə çıxacaq.
Newsport.az-ın məlumatına görə, "kral klubu" iki aparıcı futbolçusunun xidmətindən istifadə edə bilməyəcək.
Söhbət Madrid təmsilçisinin aparıcı futbolçuları - Kristiano Ronaldo və Qaret Beyldən gedir. Hər iki futbolçu zədə səbəbindən sabahkı oyunu buraxacaq.
Bunu komandanın baş məşqçisi Zinəddin Zidan da təsdiqləyib. Mütəxəssis futbolçuların məşqdə zədələndiyini vurğulayıb. Fransalı çalışdırıcı onların son durumu barədə məlumat verməyib.
Qeyd edək ki, "Espanyol" - "Real" matçı sabah 22:45-də start götürəcək.