“Traktorsazi” liderliyə yüksəldi

İran çempionatında 6-cı turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Təbrizin “Traktorsazi” klubu səfərdə “Zob Ahan”ı 2:1 hesabıyla məğlub edib. Bu qələbəylə “qırmızı qurdlar” turnir cədvəlində zirvəyə yüksəlib.

Təbrizin digər təmsilçiləri “Maşınsazi” və “Qostareş Fulad” da növbəti oyunlarını keçiriblər.

“Maşınsazi” evdə İsfahan “Sepahan”ına uduzub - 0:1. “Qostareş Fulad” isə səfərdə “Saypa” ilə heç-heçə edib - 1:1.

Hazırda hesabında 12 xal olan “Traktorsazi” 1-ci pillədə qərarlaşıb. “Qırmızı qurdlar” 1 oyun çox keçirdiyi ən yaxın izləyicisi “Persepolis”i 1 xal qabaqlayır.

6 xala malik “Maşınsazi” 10-cu, 4 xalı olan “Qostareş Fulad” isə 14-cü pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right