UEFA yeni prezidentini seçdi

Bu gün UEFA-nın yeni prezidentinin adına aydınılıq gəlib.
Newsport.az-ın məlumatına görə, Yunanıstanın paytaxtı Afinada keçirilən seçkidə iki nəfər prezident olmaq üçün namizədliyini irəli sürüb.
 
Bunlar Sloveniya Futbol Federasiyasının prezidenti Aleksand Çeferin və onun Hollandiyadan olan həmkarı Mixael van Praaqdı. 
Artıq seçkilərin nəticəsi də bəlli olub. Nəticəyə görə, Aleksandr Ceferin UEFA-nın yeni prezidenti seçilib.  Ceferin 55 ölkənin 42-nin səsi əsasında rəqibini geridə qoyub. O, növbəti 4 ildə quruma rəhbərlik edəcək.
Maraq üçün bildirək ki, AFFA Aleksandr Çeferini dəstəklədiyini bir müddət əvvəl rəsmi şəkildə bəyan edib.
Qeyd edək ki, UEFA-nın əvvəlki prezidenti Mişel Platini rüşvət almaqda təqsirləndirildiyi üçün vəzifəsindən kənarlaşdırılıb. 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right