Azərbaycanda oynamış futbolçu dünyasını dəyişdi

Rusiyalı futbolçu Artyom Bezrodnı vəfat edib.

Newsport.az-ın məlumatına görə, futbolçunun ölümünə səbəb ürəyində yaranmış problemlər və beyninə qan sızması olub.

Uzun illər Moskva "Saprtak"ının şərəfini qorumuş yarımmüdafiəçi bir müddət Azərbaycanda da çıxış edib. O, 2005-ci ildə, o vaxt Azərbaycan çempionatının yüksək dəstəsində çıxış edən "MKT Araz” klubunda forma geyinib. Bezrodnı cəmi 4 oyunda İmişli klubunun şərəfini qoruyub.

Qeyd edək ki, ölkəmizdən ayrıldıqdan sonra peşəkar karyerasını bitirən futbolçu 37 yaşında dünyasını dəyişib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right