Argentina çempionatının II turu çərçivəsində keçirilən "Boka Xuniors" - "Belqrano" matçında birincilərin ulduz futbolçusu Karlos Tevez sarı vərəqə aldığı epizodda qarşılaşmanın baş hakiminə kəskin şəkildə etirazını bildirib.
Newsport.az-ın məlumatına görə, referinin bacısını söyən argentinalı buna görə qırmızı vərəqə alıb və meydandan qovulub.
Qeyd edək ki, oyun "Boka Xuniors”un 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.