Təbriz klubları qələbəyə həsrət qaldı

İran çempionatında 5-ci tura yekun vurulub. 

Newsport.az-ın məlumatına görə, bu turda Təbrizin hər 3 klubu xal itirib. “Traktor Sazi” evdə “Persepolis”lə qolsuz bərabərə qalıb. “Qostareş Fulad” evdə “Peykan”a minimal hesabla məğlub olub. Bu il yüksək liqaya vəsiqə qazanmış “Maşın Sazi” isə “İstiqlal”la bərabərə qalıb - 1:1.

Hazırda hesabında 9 xal olan “Traktor Sazi” 2-ci pillədə qərarlaşıb. Hesabında 6 xal olan "Maşın Sazi" 10-cudu. “Qostareş Fulad” isə 3 xalla 16 komanda arasında 15-ci pillədə yer alıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right