Emin Mahmudovun komandası "Braqa"ya məğlub oldu

Portuqaliya Premyer Liqasında 4-cü turun oyunları keçirilib.
 

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Emin Mahmudovun komandası "Boavişta" da növbəti matçına keçirib. Sözügedən klub səfərdə "Braqa"nın qonağı olub. Oyunmeydan sahiblərinin 3 - 0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Əvvəlki turlarda olduğu kimi, yenə də Emin Mahmudovun adı matçın iştirak ərizəsinə daxil edilməyib.
 
Qeyd edək ki, "Boavişta" 4 turdan sonra 5 xal toplayıb və 10-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right