Futbol üzrə Yunanıstan çempionatında 2016/2017-ci il mövsümünə start verilib.
Newsport.az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan PAOK da ilk matçını keçirib. Saloniki təmsilçisi doğma meydanda "Panaitolikos"la qarşılaşıb. Oyun PAOK-un 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahiblərinin qollarını 2-ci dəqiqədə Dieqo Bisesvar və 27-ci dəqiqədə Qarri Mendes Rodriqes vurub.