"Anderlext" "Qəbələ" ilə oyun öncəsi qələbə qazandı

Belçika çempionatında 6-cı turun qarşılaşmaları keçirilib.

Newsport.az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Anderlext" də növbəti matçına çıxıb. Brüssel təmsilçisi doğma meydanda "Sportinq Şarlerua" ilə qarşılaşıb. "Qəbələ"nin rəqibi bu görüşdən 3 - 2 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, "Anderlext" 6 turdan sonra 12 xalla 16 klub arasında turnir cədvəlinin 2-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, "Qəbələ" Avroliqanın ilk turunda səfərdə "Anderlext"in qonağı olacaq. Bu qarşılaşma sentyabrın 15-də baş tutacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right