Almaniyanın Şimal-Şərq Regional Liqasında 6-cı turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun klubu - "Moyzelvits" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Enerji Kottbus" ilə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
Start heyətdə meydana çıxan Dadaşov yenə 90 dəqiqə oynayıb.
Qeyd edək ki, 5 turdan sonra "Moyzelvits" 2 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.