"Qarabağ"ın rəqibi "Viktoriya"ya uduzdu

Futbol üzrə Çexiya çempionatında 6-cı turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Slovan" da növbəti matçına çıxıb.

Libereç təmsilçisi doğma meydanda "Viktoriya" ilə qarşılaşıb. Ağdam klubunun rəqibi bu görüşdən məğlubiyyətlə ayrılıb - 1:2. "Slovan"ın yeganə qolunu 90-cı dəqiqədə Nikolay Komliçenko vurub.

Maraq üçün xatırladaq ki, "Viktoriya" bu mövsüm Çempionlar Liqasının təsnifat mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdırmışdı. Plzen təmsilçisi doğma meydanda qolsuz bərabərliyə razılaşdığı Ağdam klubunu Bakıdakı səfər qolu ilə ÇL-dən uzaqlaşdırmışdı - 1:1.

"Slovan"a gəlincə, bu komanda hazırda 5 xalla 16 klub arasında 10-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right