"Barselona"nın qapıçısı Mark Andre ter Ştegen zədələnib.
Newsport.az-ın məlumatına görə, məşq zamanı zədələnən 24 yaşlı qolkiper 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Almaniyalı qapıçı İspaniya La Liqasında "Alaves" və "Leqanes", Çempionlar Liqasında isə "Seltik"lə görüşlərdə oynamayacaq.