İspaniyada ən yaxşılar müəyyənləşdi

İspaniya La Liqasında avqust ayının ən yaxşılarının adına aydınlıq gəlib. 

Newsport.az-ın məlumatına görə, ötən ayın ən yaxşı məşqçisi “Las Palmas”ın çalışdırıcısı Kike Setyen seçilib. “Leqanes”in qapıçısı Yon Serantes isə ən yaxşı futbolçu adına sahib çıxıb. 

Setyenin rəhbərliyi altında “Las Palmas” La Liqanın ilk 2 turunda “Valensiya” (4:2) və “Qranada”nı (5:1) məğlub edib. Bu nəticələr sayəsində komanda hazırda çempionatın lideridir. 

Serantes isə “Selta” (1:0) və “Atletiko” (0:0) ilə görüşlərdə qapısını toxunulmaz saxlamağı bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right