Günün əsas xəbərlərindən biri də futbol üzrə Azərbaycan millisinə yeni cəlb edilmiş Ramil Şeydayevlə bağlı oldu.
Newsport.az-ın məlumatına görə, Ramilin "Trabzonspor"a keçməsində AFFA-nın müstəsna xidməti olub.
Belə ki, xəbərə görə, assosiasiya rəhbərliyi "Zenit"in yetirməsi olan soydaşımıza "Azərbaycan millisinin şərəfini qorumağa razılıq versən, "Trabzonspor"a keçidini təşkil edə bilərik" təklifini irəli sürüblər. Rusiyanın iddialı klublarında möhkəmlənə bilməyəcəyini görən, autsayderlərdə isə top qovmaq istəməyən 20 yaşlı forvard bir qədər düşündükdən sonra AFFA-nın şərtlərini qəbul edib. Müqavilə şərtlərinə görə Şeydayev "bordo-mavilər"in şərəfini qoruyacağı 4 il ərzində 1 milyon 600 min avro maaş alacaq. Bu məbləği isə ona Qara-dəniz təmsilçisi yox, AFFA ödəyəcək.
Məsələyə münasibət öyrənmək üçün "Trabzonspor"un prezidenti Muharrem Ustanın köməkçisi Nevzat Aydınla əlaqə saxladıq. O, Nevzat bəylə ki, bizdə olan məlumata görə, Şeydayevin transferinə məhz adıçəkilən klub rəsmisi razılıq verib.
Nevzat bəy məsələyə belə münasibət bildirdi: "Bunu heç cür başa düşə bilmirəm. Ramil Şeydayev bizim futbolçumuzdursa, maaşını nəyə görə AFFA ödəməlidir ki? AFFA ilə futbolçu arasında danışıqdan xəbərim yoxdu. Ancaq onu sizi əmin edə bilərəm ki, Şeydayevlə anlaşdığımız məbləğ klub tərəfindən ödənilir".
"Bəs, Ramilin "Trabzonspor"dakı gələcək kareyrası barədə nə deyə bilərsiniz" sualına isə Nevzat bəy belə cavab verdi: "Ramil həqiqətən də çox çalışqan uşaqdı. Şəxsi keyfiyyətləri də müsbətdi. Onu komandamıza faydası olsun deyə transfer etmişik".
Futbol11.az