Argentinada hakim döyüldü

Argentina futbolunda maraqlı hadisə baş verib. 

Newsport.az-ın məlumatına görə, regional liqada baş tutan qarşılaşmada hakimə xəsarət yetirilib.

“Argentino Kuilmeş”lə “Sportivo Norte” klubları arasında keçirilmiş görüşdə meydan sahiblərinin müdafiəçisi Leandro Vera referini döyüb. Belə ki, oyunun 41-ci dəqiqəsində baş hakim Silvio Ruiz qonaqların lehinə cərimə zərbəsi təyin edib.

Bundan narazı qalan Vera hakimə yaxınlaşaraq, ona etirazını sərt şəkildə bildirib. Referinin sarı vərəqə ilə cəzalandırması oyunçunu tamam özündən çıxarıb və o, Ruizi yumruq zərbələrinə “qonaq edib”. Dərhal araya girən “Argentino Kuilmeş”in digər oyunçuları Veranı çətinliklə də olsa, sakitləşdirməyə müvəffəq olublar.

Hadisədən sonra referi təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb və hesab 0:0 olarkən görüş yarımçıq dayandırılıb.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right