"Arsenal"dan ayrılan futbolçunun yeni komandası məlum oldu

Mövsümün sonunda "Arsenal"dan ayrılan Matye Flamini özünə yeni klub tapıb.

Newsport.az-ın məlumatına görə, təcrübəli futbolçu karyerasını yenə də İngiltərədə davam etdirəcək. 32 yaşlı yarımmüdafiəçi "Kristal Pelas" klubu ilə müqavilə imzalayıb. Fransa millisinin sabiq üzvü London klubu ilə 1 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, Flamini karyerası ərzində "Marsel", "Arsenal" və "Milan" klublarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right