"Barselona"nın futbolçusu Lionel Messi zədəsi haqda məlumat verib.
Newsport.az-ın məlumatına görə, qasıq nahiyəsindən zədələn ulduz futbolçu durumun ciddi olmadığını deyib:
"Yüngül məşqlər etməliyəm və həkimlərin nəzarəti altında olmalıyam. Zədəm ciddi deyil, hər şey qaydasındadır. Dəstək olan hər kəsə təşəkkür edirəm".
Əlavə edək ki, Messi "Barselona"nın heyətində yüngül məşqlərə başlayıb.