Messinin oğlu da "Barselona"da

"Barselona"nın ulduz futbolçusu Lionel Messinin oğlu Tiaqo da sözügedən komandanın şərəfini qoruyacaq.
Newsport.az-ın məlumatına görə, o, Kataloniya klubunun 3-5 yaşlı uşaqlardan təşkil olunan komandasına qatılıb.
 
Xatırladaq ki, ata Messi də futbola 5 yaşında başlayıb. Hazırda dünyanın ən yaxşı iki futbolçusundan biri olan argentinalı 8 yaşında "Qrandoli"nin aşağı yaş qrupundan "Nyuells Old Boys"a transfer olunub.
 
Qeyd edək ki, ulduz futbolçu səhhətindəki problemlər səbəbindən 13 yaşında "La Masia"ya keçib və 16 yaşında "Barselona"da peşəkar futbola başlayıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right