21 yaşlılardan ibarət Farer adaları yığmasının baş məşqçisi Bill Yakobsen Azərbaycanın eyni yaş qrupu üzrə komandasına qarşı Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində baş tutan görüşdən sonra mətbuat konfransı keçirib.
Newsport.az-ın məlumatına görə, mütəxəssis Bakıdakı 1:1-lik nəticədən razı qaldığını bildirib.
- Bir neçə gün öncə Rusiyaya qarşı ağır oyunumuz olmuşdu. İki gün Bakıda olduq. Bizim üçün əla şərait yaradılmışdı və bunun üçün AFFA-ya təşəkkürümüzü bildiririk. Ümid edirdik ki, 3 xal qazanacağıq. Ancaq 1 xalı da uğur hesab edirəm. Rusiyadan sonra yorulmuşduq. Bir neçə oyunçumuzun yaşı 20-di. Qrupda ilk xalımızı qazandıq. Ümidvarıq ki, qarşıdakı matçlarda ardını gətirəcəyik. Uşaqlar bacardıqlarından da artığını etdi. Vətənə qayıtdıqdan sonra oyunu təhlil edəcəyik. Ancaq indidən deyə bilərəm ki, ilk oyunla müqayisədə, komandanızda inkişaf görürəm.
- Düşünmürsünüz ki, ilk oyunda 1:0 qalib gələn Azərbaycan yığmasının futbolçuları arxayınlaşmışdılar və bu üzdən də Bakıda biabırçılıq yaşadılar?
- Ola bilər haqlısınız. Bizim üçün çətin oldu.
- 1:1-lik nəticəni məşqçi karyeranız üçün uğur hesab etmək olar?
- Yox, qətiyyən, bu bərabərliyi uğur saymıram. Bundan öncəki seçmə mərhələdə 7 xal toplamışdıq. Rusiya, Avstriya, Almaniya kimi rəqiblərə qarşı oynayırıq. Əhalimiz 30 mindi, seçimimiz məhduddu. İki oyunçumuz əsas milliyə cəlb olunmuşdu, biri cəzalıydı. Yəni, heyəti tam istədiyim kimi formalaşdırmamışdım.
Futbol11.az