"Zirə"nin sabiq futbolçusu Nelsen Bonillaya rüşvət təklif olunub.
Newsport.az-ın məlumatına görə, bu barədə Salvador yığmasının üzvləri açıqlama veriblər.
Onlar keçirilən mətbuat konfransıda məsələ ilə bağlı səs yazısını işə salıblar. Məlum olub ki, Salvador millisinin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Kanadaya uduzması üçün qarşı tərəf rüşvət təklif edib. Təklif edilən rüşvətin məbləği isə 2700 dollar olub.
Bonilla futbolçular adından danışaraq buna görə məyus olduğunu, belə halların təkrarlanmamasını istədiklərini qeyd edib. O, heç bir halda danışılmış oyunlara getməyəcəklərini vurğulayıb.