Xəbər verdiyimiz kimi, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Albaniya - Makedoniya matçı yarımçıq qalmışdı.
Newsport.az-ın məlumatına görə, hava şəraitinin pisləşməsi nəticəsində dayandırılan oyunun qalan hissəsi bu gün davam etdiriləcək.
Qarşılaşma 16:00-da start götürəcək. Onu da bildirək ki, matç hesab 1:1 olanda dayandırılmışdı.
Qeyd edək ki, "Qarabağ"ın futbolçusu Ansi Aqollinin və "Neftçi"nin üzvü Vançe Şikovun iştirak etdiyi qarşılaşma 77-ci dəqiqədən etibarən oynanılacaq.