Albaniyadan 2 günə qazanılan qələbə

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Albaniya və Makedoniya komandaları arasında ötən gün yarımçıq qalan qarşılaşma bü gün davam etdirilib.
 
Newsport.az-ın məlumatına görə, 77-ci dəqiqədə hava şəraitinə görə dayandırılan qarşılaşmanın davamı "Qarabağ"ın futbolçusu Ansi Aqollinin komandası üçün uğurlu olub.
 
Belə ki, qalan 13 dəqiqə ərzində meydan sahibləri qələbə topunu vurub. Bekim Balaj 89-cu dəqiqədə Albaniyaya qələbə qazandıran qolu vurub - 2:1.
 
Qeyd edək ki, "Neftçi"nin futbolçusu Vançe Şikov da sözügedən qarşılaşmada Makedoniya millisinin heyətində Aqolliyə qarşı mübarizə aparb.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right