DÇ-2018-in təsnifat mərhələsinin G qrupunun qarşılaşmaları keçirilib.
Newsport.az-ın məlumatına görə, qrupun favoriti olan İspaniya doğma meydanda Lixtenşteyni sınağa çəkib. İspanlar bu matçda rəqibini darmadağın edib. Görüş "buğalar"ın 8 - 0 hesablı qələbəsi ilə yekunlaşıb.
İspaniya - Lixtenşteyn 8 - 0
Qollar: Dieqo Kosta, 10, 66, Serji Roberto, 55, David Silva, 59, 90, Vitolo, 60, Alvaro Morata, 82, 83