Qadın futbolçulardan ibarət ABŞ və Trinidad və Tabaqo milli komandaları arasında keçirilən görüşdə xoşagəlməz hadisə yaşanıb.
Newsport.az-ın məlumatına görə, birincilərin ulduz fubtolçusu Aleks Morqan rəqib qapıçı ilə mübarizədə ona sarsıdıcı zərbə endirib.
Nəticədə qonaqların üzvü bir neçə dəqiqə yerdə qalıb. Buna baxmayaraq, o, oyunu davam etdirib.
Qarşılaşma isə ABŞ millisiin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Morqan isə sözgedən qarşılaşmada het-trik edib.