“Azərbaycandan xal almağa çalışacağıq” – Millinin baş məşqçisi

"Düşünürəm ki, bizim üçün yaxşı nəticə oldu. Ən başlıcası odur ki, mundiala xal ilə başladıq. Çətin səfər oyununda xal qazanmaq yaxşı haldı”.

Newsport.az-ın məlumatına görə, bu sözlər Şimali İrlandiya millisinin baş məşqçisi Martin Onilə məxsusdu. 
 
Şimali İrlandiya millisi DÇ-2018-in seçmə mərhələsində səfərdə Çexiya millisinin qanağı olub. Qarşılaşma 0-0 hesablı bərabərliklə başa çatıb. 
 
Baş məşqçi oyundan sonra təşkil olunan mətbuat konfransında millimizlə noyabrda keçiriləcək oyundan və digər rəqiblərdən danışıb:

"Çox çətin qrupda yer almışıq. Azərbaycan millisi ilə yaxın keçmişdə qarşılaşmışıq.  Səfərdə keçirilən görüşlərin hamısı çətin olur. Azərbaycanla  öz meydanımızdakı oyun da asan olmayacaq. San Marino və Azərbaycanla ev oyunlarını səbirsizliklə gözləyirik. Mütləq onlara qalib gəlməliyik. Norveç və Almaniyadan da xal almağa çalışacağıq.

Qeyd edək ki, Şimari İrlandiya millisi oktyabrın 11-də San Marino, noyabrın 11-də isə yığmamızla qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right