Argentina millisinin və "Barselona"nın futbolçusu Lionel Messi şəxsi həyatı ilə bağlı bir neçə maraqlı açıqlama verib.
Newsport.az-ın məlumatına görə, ulduz futbolçu saçını sarı rəngə boyaması haqqında danışıb.
Messi saçlarını boyamasını ağır günlər keçirməsi ilə əlaqələndirib: "Bir müddət öncə ağır günlər keçirirdim. Düşündüm ki, mənə yeni həyata başlamaq lazımdı. Fərqlilik istəyirdim və ona görə də saçlarımı sarı rəngə boyadım".
Hücumçu oğlu Tiaqo haqqında danışıb. Leo oğlunun da futbolla maraqlanmadığını bəyan edib: "Oğluma futbol topları hədiyyə etməməyə çalışıram. Tiaqonun futbola böyük maraqı yoxdu. Gələcəkdə hansı peşənin sahibi olacağına isə baxacağıq".
Messi milliyə qayıtması haqqında da danışıb: "İnsan fırtına bitdikdən sonra sakit düşünməyə başlayır. Geri dönmək və Argentina ilə xəyalım üçün savaşmaq doğru qərar idi".