Özil "Arsenal"la yeni müqavilə imzalayacaq

"Arsenal" aparıcı futbolçularından olan Məsut özillə müqavilə müddətini uzatmağa hazırlaşır.

Newsport.az-ın məlumatına görə, bu haqda alman futbolçu özü məlumat verib. Türk əsilli yarımmüdafiəçi London klubu ilə yeni müqavilə ilə bağlı danışıqların getdiyini bildirib: "Arsenal"la 2018-ci ilədək müqaviləm var. Yeni sözləşmə ilə bağlı danışıq aparırıq. İndi milli komandanın düşərgəsindəyəm və sadəcə millini düşünmək istəyirəm. Bundan sonra danışıqlarımız davam edəcək".

Qeyd edək ki, 27 yaşlı ulduz futbolçu "Arsenal"a 2013-cü ildə "Real" Madriddən transfer olub. O, "topçular"ın heyətində meydana çıxdığı 83 qarşılaşmada 15 dəfə fərqlənib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right