Braziliya millisinin sabiq üzvü Ronaldinyonun yeni iş yeri müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, 36 yaşlı futbolçu yenidən "Barselona"ya qayıdıb.
Braziliya futbolunun əfsanəsi "Barsa"da futbolçu kimi fəaliyyət göstərməyəcək. O, sabiq komandasına futbolçu kimi yox, məsul şəxs kimi geri dönüb.
Belə ki, o, "Barsa"nın ABŞ-dakı elçisi təyin olunub. Roni okeanın o tayında "Barselona"nı təmsil edəcək və komanda üçün yeni ulduzlar axtarışında olacaq.
Qeyd edək ki, 2003-08-ci illərdə "Barselona"nın aparıcı üzvü olub.