Avropa Liqasının qrup mərhələsində "Qarabağ”ın rəqibi olan PAOK yoxlama matçında qüvvəsini sınayıb.
Newsport.az-ın məlumatına görə, Yunanıstan təmsilçisi 3-cü liqa klubu "Doksa" ilə qarşılaşıb.
Qarşılaşma aşağı divizion təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, sözügedən qarşılaşmada Saloniki təmsilçisinin baş məşqçisi Vladimir İviç əsasən gənc oyunçulara şans verib.