Almaniya millisinin üzvü Lukas Podolskinin yığma karyerasının başa vurduğu haqda məlumat vermişdik.
Newsport.az-ın məlumatına görə, təcrübəli futbolçu İngiltərə ilə oynanılacaq yoldaşlıq matçında sonra komanda ilə vidalaşacaq.
Bu, həm də onun yubiley matçı olacaq. Podolski 2004-cü ildən bu yana 127 dəfə milli formasını geyinib və 48 qol vurub. Podolski 48 qolun 2-ni Azərbaycan yığmasının qolkiperi Kamran Ağayevin qoruduğu qapıdan keçirib. O, bu qolları Almaniyanın millimizi 4:0 və 6:1 hesabı ilə darmadağın etdiyi matçlarda vurub.
Qeyd edək ki, Almaniya və İngiltərə arasında oynanılacaq yoldaşlıq matçı 2017-ci ilin fevralında baş tutacaq.