"Neftçi”nin sabiq futbolçusu Samir Məsimovun çıxış etdiyi "Domjale” klubunda baş məşqçi postuna Luka Elsnerin əvəzinə Saymon Rojmanın gətirildiyi haqda məlumat vermişdik.
Newsport.az-ın məlumatına görə, artıq Rojman “Domjale”nin “sükanı arxasında” ilk oyununu da keçirib. Belə ki, Rojman yetirmələrini klubun U-19 komandasıyla yoxlama oyununda sınayıb. Samirin də şans qazandığı oyunda “Domjale”nin əsas komandası gənclərə dərs keçib - 4:0.
Məsimov oyunun 86-cı dəqiqəsində vurduğu qolla komandasının qələbəsinə töhfə verib.