Rüşvət qalmaqalına görə UEFA-nın prezidenti postundan uzaqlaşdırılan Mişel Platini əvəzləyəcək şəxsin kimliyinə sentyabrın 14-də aydınlıq gələcək.
Newsport.az-ın məlumatına görə, artıq 3 nəfərin namizədliyi təsdiqlənib. Bunlar ispaniyalı Anxel Mariya Vilyar, holland Mixael van Praq və sloveniyalı Aleksandr Çeferindi.
Xatırladaq ki, prezident seçkiləri Yunanıstanın paytaxtı Afinada keçiriləcək.