"Mançester Siti”nin ulduz futbolçusu Serxio Aquero ciddi cəza ilə üzləşib.
Newsport.az-ın məlumatına görə, argentinalının "Vest Hem"lə oyunda rəqibin üzünə dirsək zərbəsi endirməsi, ona baha başa gəlib.
Belə ki, epizodun videotəkrarına baxan İngiltərə Futbol Federasiyası Aqueroya 3 oyunluq cəza verib. O, qarşıdakı turlarda "Mançester Yunayted”, "Bornmut” və "Suonsi”yə qarşı oynamayacaq.
Qeyd edək ki, sözügedən qarşılaşmada hücumçunun kobud hərəkəti matçın baş hakiminin gözündən yayınmışdı.