"Xəzər Lənkəran"ın keçmiş futbolçusu Sadio Tounkaranın yeni klubu müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, o, karyerasını yenidən Azərbaycanda davam etdirəcək.
Əldə etdiyimiz məlumata görə, malili oyunçu "Şəmkir"lə anlaşıb. Tounkara mövsümün sonunadək birinci divizion klubunun şərəfini qoruyacaq.
Xatırladaq ki, yarımmüdafiəçi 2012-2015-ci illərdə "Xəzər Lənkəran"da çıxış edib.