“Slovan”ın saytı "Qarabağ"lı milli qəhrəmanımızdan nə yazdı

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Slovan”ın rəsmi saytında təmsilçimiz haqda yazı verilib. 

Newsport.az-ın məlumatına görə, yazıda “Qarabağ”ın tarixi, son illərdəki nailiyyətləri, Ağdam şəhəri barədə məlumatlar qeyd edilib.

Çexlər Qarabağ müharibəsində Ağdam şəhərinin ermənilərin nəzarəti altına keçdiyini, vaxtilə klubda məşqçi kimi çalışmış Allahverdi Bağırovun da məhz bu döyüşlərdə həlak olduğunu qeyd ediblər. Allahverdi Bağırov ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb.

Yazıda “Qarabağ”ın əsas uğurlarının Qurban Qurbanovun bu kluba baş məşqçi təyin edilməsindən sonrakı dövrə təsadüf etməsi xüsusi vurğulanıb. Bundan əlavə, Liberets təmsilçisinin saytında yer alan yazıda “Qarabağ”ın Qurbanovun rəhbərliyi altında “tiki-taka” futbolu sərgilədiyi də qeyd edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right