"Qəbələ" ilə oyunlarda qol vurmaq missiyasını yerinə yetirməliyəm"

“Komandamla müqaviləmin müddətini uzatdığım üçün şadam. “Maynts” mənim üçün ideal klubdu. Burda özümü evdəki kimi hiss edirəm” 

Newsport.az-ın məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqibi olan “Maynts”ın futbolçusu Pablo de Blasis deyib.
 
Ölkəsinin mətbuatına açıqlama verən argentinalı yarımmüdafiəçi klubla müqaviləsinin müddətini uzatmasına toxunub. Bundan əlavə, o, Avroliqada iddialı çıxış etməyə çalışacaqlarını vurğulayıb:

“Bundesliqa ilə yanaşı, Avropa Liqasında da çıxış edəcəyik. Bu, bizim üçün müsbət haldı. Hazırkı təcrübəli heyətlə hər iki turnirdə yaxşı mübarizə apara bilərik. Klub, futbolçular və azarkeşlər üçün çətin sınaqlar daha maraqlı gəlir. Bu mövsümdə bizi nələrin gözlədiyini zaman göstərəcək”.
 
28 yaşlı futbolçu cari mövsümdə qarşısına qoyduğu hədəfdən də söz açıb: “Daha çox oyunda iştirak etmək və təbii ki, qollar vurmaq missiyasını yerinə yetirməliyəm. Amma biz komanda olaraq, güclüyük”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right